RU

Karapetyanın mitinqinə gedən hər erməniyə 3000 dram(8 $) və 2 peraşki verirlər... AUDİO

ain.az bildirir, Moderator.az portalına istinadən.

Erməni telegram-kanallarında iki nəfərin rusiyapərəst revanşist müxalifətin mitinqinə getmək üçün  pul və yemək verilməsi məsələsini müzakirə etdiyi yeni bir səs yazısı yayılıb.

Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" məlumat yayıb.

Söhbətə görə, mitinq "səbət"inə 2 peraşki və bir şüşə "koka-kola" və ya su daxildir. Səs yazısında ermənilərdən  biri peraşki əvəzinə "hot-doq" verilməsindən şikayətlənir.

Səsyazmada həmçinin deyilir ki, mitinqə gedənlərə adambaşı  3000 dram(təxm. 8 ABŞ dolları) da verəcəklər.

Nəşrlərin məlumatına görə, səs yazısında rusiyalı milyarder Samvel Karapetyan üçün təşkil edilən mitinqlərə insanların aparılması barədə danışılır.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
71
2
moderator.az

2Источники