RU

Kreml Dnestryanı vasitəsilə Moldova və Ukraynaya təzyiqi artırır

Politoloq Turan Rzayev Rusiyanın Dnestryanı ilə bağlı son mesajlarını və regionda artan gərginliyi şərh edib.

O, News365.az-a açıqlamasında bildirib ki, Sergey Şoyqu “Komsomolskaya Pravda”ya müsahibəsində Moskvanın zərurət yaranacağı təqdirdə Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyini açıqlayıb. Şoyqu qeyd edib ki, bölgədə yaşayan 220 mindən çox Rusiya vətəndaşının təhlükəsizliyi UkraynaMoldova rəhbərliklərinin addımları fonunda risk altındadır.


Politoloqun sözlərinə görə, bu bəyanat təsadüfi deyil. O vurğulayıb ki, Kremlin Moldovanın MDB-dən çıxmaq qərarına səssiz qalması gözlənilmirdi. Dmitri Peskovun açıqlamalarına baxmayaraq, Moskvanın bununla kifayətlənməyəcəyi artıq aydın görünür.

Turan Rzayev bildirib ki, Kreml hazırda Moldovaya qarşı müxtəlif təzyiq alətlərindən istifadə edir və bunlardan ən təsirlisi Dnestryanı amilidir. Onun sözlərinə görə, Dnestryanı özünü müstəqil elan etsə də, bu status beynəlxalq səviyyədə tanınmır. Bununla belə, bölgədə öz idarəetmə strukturları, pul vahidi və silahlı qüvvələri mövcuddur.

Ekspert qeyd edib ki, Dnestryanı təkcə Moldova üçün deyil, həm də Ukrayna üçün ciddi təhlükə mənbəyidir. Rusiya-Ukrayna müharibəsi başlanarkən Moskvanın məqsədlərindən birinin də bu bölgəni genişləndirmək olduğu iddia edilirdi.

Politoloqun fikrincə, Rusiya hazırda Dnestryanı vasitəsilə həm Kişinyova, həm də Kiyevə təzyiq göstərir. O əlavə edib ki, Moldovanın MDB-dən çıxma prosesi 2027-ci ilin aprelində tamamlanacaq və bu müddət ərzində Kreml Kişinyovu qərarından çəkindirmək üçün həm diplomatik, həm də hərbi-siyasi vasitələrə əl ata bilər.

Избранный
20
news365.az

1Источники