RU

Mixeil Kavelaşvili: Gürcüstanda içməli suya çıxışı artırmaq üçün tədbirlər görülür

Tbilisi, 22 aprel, AZƏRTAC

Gürcüstan hökuməti son on ildə qoruq ərazilərinin sahəsini əhəmiyyətli dərəcədə artırıb, bu da hazırda ölkə ərazisinin 13 faizini təşkil edir. Qorunan ekosistemlərin payı isə təxminən 23 faizdir. Məqsədimiz bu rəqəmi 2035-ci ilə qədər 30 faizə çatdırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Astanada keçirilən regional ekoloji sammitdə çıxışında bildirib.

Onun sözlərinə görə, digər vacib prioritet su idarəçiliyi islahatlarıdır. Təhlükəsiz içməli suya çıxışı artırmaq və çirkab sularının təmizlənməsi qabiliyyətini artırmaq üçün Gürcüstanda infrastruktur sahələr sərmayə yatırılır ki, bu da çayları və təbii ekosistemləri daha effektiv şəkildə qorumağa imkan verəcək.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
53
azertag.az

1Источники