RU

“Sabah” və “Qarabağ” itkilərlə həlledici matça çıxır

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunun yarımfinalının cavab görüşündə “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, hər iki komanda matça bəzi itkilərlə çıxacaq.

“Qarabağ”da zədə səbəbindən Bəhlul Mustafazadə oyunu buraxır. Eyni zamanda əsas heyətdən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov da bu qarşılaşmada olmayacaq.

“Sabah”da isə Pavel Şafranko və Coy-Lens Mikels zədəli olduqları üçün heyətdən kənarda qalıblar. Alman hücumçunun oyunda iştirak edib-etməyəcəyi matçın startına yaxın müəyyənləşəcək.

Qeyd edək ki, “Sabah” - “Qarabağ” matçı “Bank Respublika Arena”da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. İlk görüş 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
66
1
icma.az

2Источники