RU

Millət vəkili məktəblərdə baş verən son hadisələrdən DANIŞDI: "Müəllim tərbiyyə etmək istəyir, valideyn isə qoymur"VİDEO

Millət vəkili Ceyhun Məmmədov valideynlərin uşağı ərköyün böyütməsindən şikayətlənib.

Müəllim tərbiyyə etmək istəyir, lakin valideyn qoymur, bunun isə ən böyük peşimançılığını, sonda elə valideyn özü çəkir", - deyə Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Xəzər Xəbər”ə bildirib.

Millət vəkili bildirdi ki, uşaqların aqressiləşməsində sosial medianın böyük rolu var. Onu da qeyd etdi ki, bu gün tədris prosesində artıq cəza üsulu effekt vermir. Bir sıra hallarda isə müəllim uşağı tərbiyə etməyə çalışır, lakin valideyn buna mane olur.

Ceyhun Məmmədov son günlərdə dünyada məktəblərdə baş verən xoşagəlməz hadisələrdən bəhs edərək yeniyetməlrin tərbiyyəsinə ciddi nəzarətin olmasının vacibliyini vurğuladı. Bildirdi ki, təlim-tərbiyə, təhsil elə bir prosesdir ki, müsbət nəticə üçün, məktəblə ailə, valideyn arasında sıx əməkdaşlıq olmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
51
xezerxeber.az

1Источники