RU

Hakan Fidan Böyük Britaniyaya gedəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan aprelin 23-də Böyük Britaniyaya səfər edəcək.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, o, həmkarı İvet Kuper və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

Qeyd edək ki, müzakirələr bir çox vacib mövzuları əhatə edəcək. Danışıqların ən qızğın mövzularından biri ABŞ ilə İran arasındakı prosesdir.

Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar, Hörmüz boğazı ilə bağlı hadisələr qiymətləndiriləcək. Regional təhlükəsizlik riskləri və diplomatik həllər müzakirə olunacaq.İlahə Qənbərli

Missiya.Az

Избранный
73
50
missiya.az

10Источники