RU

Gecikməsi olanlara kredit verilirmi? - QANUN

Kredit tarixçəsində gecikməsi olanlara kredit götürmək qanunla qadağan deyil. 

Milli.Az-ın məlumatına görə, "Kredit büroları haqqında" Qanunun 10.1-ci maddəsinə əsasən kredit tarixçələrini təşkil edən məlumatda edilmiş son dəyişiklikdən sonra həmin məlumatlar 10 il müddətində saxlanılır. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir.

Əgər əvvəlki kredit ödənişlərində gecikmə və ya problem olubsa, bu, kreditin verilməsinə təsir göstərə bilər.

Lakin qanunvericilik banklara və ya bank olmayan kredit təşkilatına gecikməsi olan şəxslərə kredit verməyi qadağan etmir. Kreditin verilib-verilməməsi həmin bank və ya kredit təşkilatlarının öz təşəbbüsündən asılıdır.

Mina Mikayılova
Milli.Az

Избранный
30
3
milli.az

4Источники