RU

Yaponiyanın “İdzumo” helikopter daşıyıcısınun uc hissəsi genişləndirilib

Yaponiyanın aparıcı helikopter daşıyıcısı olan “İdzumo” sinifli gəmi ilk dəfə olaraq radikal şəkildə yenidən dizayn edilmiş uc hissəsi ilə ictimaiyyətə təqdim olunub.

Herbiand.az bildirir ki, bu, gəminin F-35B qısa uçuş və şaquli eniş qırıcısını idarə etmək üçün dəyişdirilməsində əhəmiyyətli addımdır.

“İdzumo”nun burnu indi düzbucaqlı formaya malikdir. Yaponiya Hərbi Dəniz Qüvvələri nümayəndələrinin sözlərinə görə, yeni düzbucaqlı konfiqurasiya bu ərazidəki hava axını turbulentliyini azaldır və F-35B-in uçuşunun təhlükəsizliyini artırır.

Bu məqsədə çatmaq üçün uçuş göyərtəsi yan tərəfə genişləndirilib, dar ön hissə aradan qaldırılıb və qısa uçuş və şaquli eniş təyyarələri üçün daha sabit uçuş və eniş şəraiti təmin edilib.

“İdzumo” sinifli universal desant gəmilərinin su tutumu 27.000 tondur. Modernləşdirmədən əvvəl uçuş göyərtəsinin uzunluğu 248 metr, eni isə 38 metr idi. Gəmi heyət və əsgərlər də daxil olmaqla 970 nəfər daşıya bilir.

Bəxtiyar CƏFƏRLİ



Избранный
5
herbiand.az

1Источники