RU

İran Hörmüzdə 2 xarici gəmini SAXLADI

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında "gəmiçilik qaydalarını pozan" iki xarici gəmini saxlayıb.

Musavat.com xəbər verir ki, gəmilər artıq İran sahillərinə doğru yönləndirilib.

SEPAH komandanlığının bəyanatına görə, "MSC-FRANCESCA" və "EPAMINODES" adlı gəmilər zəruri icazə olmadan hərəkət etdikləri və naviqasiya sistemlərinə müdaxilə etdikləri üçün saxlanılıblar.

İran tərəfi iddia edir ki, bu hərəkətlər dənizçiliyin təhlükəsizliyini ciddi risk altına qoyub.

Rəsmi bəyanatda həmçinin vurğulanıb ki, Hörmüz boğazında asayişin və təhlükəsizliyin pozulması İran üçün "qırmızı xətt" hesab olunur.

Musavat.com

Избранный
4
musavat.com

1Источники