RU

Danışıqlar dayandı: Top Trampın meydanında, Tehran tərəddüddə

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Pakistanın Baş naziri Şahbaz Şərifin və Ordu komandanı Asif Munirin xahişi ilə ABŞ Prezidenti Donald Trampın atəşkəsin müddətini əlavə iki gün uzatması İranla danışıqların baş tutması üçün “pəncərə” kimi qiymətləndirilir. 

Əslində, heç də çox olmayan bu müddət ərzində Şahbaz Şərif İran tərəfini müzakirələrdə iştiraka razı salmağa çalışacağına söz verib. Pakistanın Baş naziri bu barədə atəşkəsin vaxtını artırdığına görə Donald Trampa göndərdiyi təşəkkür məktubunda bildirib. 

Qeyd edək ki, Pakistan və ABŞ arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən atəşkəsin vaxtı aprelin 22-i saat 16:50-ə, yəni Vaşinqton vaxtı ilə 07:50-qədər uzadılıb. İran tərəfi bu təkliflə bağlı konkret açıqlama verməsə də,  nümatyəndə heyətinin Pakistana yola düşəcəyinə ümid azdır.  

Danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən, İran parlamentinin sədri Məhəmməd Bağir Qalibafın müşaviri Mehdi Məhəmmədi "X: sosial şəbəkəsində paylaşım edərək atəşkəsin uzadılmasını “heç bir məna kəsb etməyən, gözlənilməz hücum  üçün vaxt qazanmaq məqsədi daşıyan hiylə” adlandırıb.

Mehdi Məhəmmədi İranı atəşkəsin uzaıdlmamasına cavab olaraq təşəbbüs göstərməyə çağırıb. O bildirib ki, blokadanın davam etdirilməsinin bombardmandan heç bir fərqi yoxdur və hərbi cavabla qarşılanmalıdır. 

Göründüyü kimi, İran tərəfindən danışıqlardan imtina ritorikası üstünlük təşkil edir. Rəsmi Tehran müzakirələrin baş tutması üçün ilkin şərtlər irəli sürməkdə davam edir. 

İran tərəfi ABŞ qarşısında irəli sürdüyü 10 bəndlik şərtlərin Tramp administrasiyası tərəfindən əvvəl qəbul edildiyini, sonra isə bu öhdəliklərin pozulduğunu iddia edir. 

Bundan başqa, Tehran bildirib ki, ABŞ Livanda atəşkəsə əməl edilməsi üçün İsrailə təzyiq göstərmir. Nəhayət, İranın Hörmüz boğazını ticarət gəmilərinə açmaq üçün blokadadaya son qoymasını tələb edir. 

İranın irəli sürdüyü ilkin şərtlərə artıq biri də əlavə olunub. Tehran ABŞ hərbçiləri tərəfindən ələ keçirlmiş İran gəmisi və heyəti azad olunmayana qədər danışıqlara getməyəcəyini bəyan edir. 

Öz növbəsində, ABŞ də İrandan Hörmüz boğazını qeyd-şərtsiz açmağı və həmin ərazidən keçən tankerlərdən  və gəmilərdən qanunsuz rüsum yığmağı dayandırmağı tələb edir. 

Bu baxımdan, bir sıra siyasi analitiklər əslində tərəflər arasında danışıqların getdiyini hesab edirlər. Yəni ABŞ və İran nümayəndə heyətləri bir masa arxasında əyləşməsələr də, öz şərtlərini və təkliflərini bir-birinə çatdıra bilirlər. 

Lakin bu cür diplomatik təmaslar daha çox danışıqlar öncəsi qarşılıqlı psixoloji təzyiq forması kimi nəzərdən keçirilir. Bu da həm ABŞ-yə, həm də İrana əlavə siyasi manevr imkanları qazandırır. Qeyd edilən kontekstdə atəşkəsin uzanması hər iki ölkənin maraqlarına uyğun hesab edilir. 

Belə ki, 38 gün davam edən müharibədən  sonra istər ABŞ-nin, istərsə də İranın silah-sursat ehtiyatı xeyli azalıb. Ona görə də atəşkəs müddətindən istifadə edib hər iki tərəf yenidən arsenalını gücləndirməklə demək olar ki, növbəti müharibəyə hazırlaşır. 

Bu mənada, növbəti müharibə qaçılmaz hesab edilir. Hazırkı mərhələdə ABŞ İrana qarşı hərbi əməliyyatları dayandırsa da, iqtisadi təzyiqləri gücləndirdiyini görmək olar. Hörmüz boğazının blokadaya alınması ilə İranın neft ixracatının dayandırılması bu istiqamətdə ən sərt tədbirlər sayılır. 

Artıq ABŞ Prezidenti İranın ciddi maliyyə böhranı ilə üzləşdiyini və bu ölkənin iqtisadi cəhətdən çökdüyünü deyib.

“Onlar Hörmüz boğazının açılmasını istəyirlər. Hər gün 500 milyon dollar itirirlər. Hərbçilər və polislər maaş ala bilmədiklərinə görə şikayətlənirlər”,- Tramp deyib. 

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankından İraq neftinin satışından əldə edilən gəlirlər hesabına köçürülməsi planlaşdırılan 500 milyon dolları bloklayıb. 

“The Wall Street Journal” qəzetinin yazdığına görə, Vaşinqton bu addımı İraqda fəaliyyət göstərən İrana bağlı silahlı qrupların ləğv edilməsi tələbi fonunda atıb. 

Əslində, ABŞ-nin son addımları İrana qarşı mübarizədə yeni taktika kimi qiymətləndirilə bilər. Yəni ABŞ İranın həm maliyyə, həm də dəstəyini təmin edəcək kanalları bağlamaq taktikasına üstünlük verib. 

Xüsusilə də İraqda rəsmi Tehrana yaxınlığı ilə seçilən və Qum məktəbinin yetirməsi sayılan  Baş nazir Nuri Əl-Malikinin hökuumətə rəhbərlik etməsi  İrana yalnız hərbi deyil, həm də gizli nəğd maliyyə dəstəyinin də təmin olunmasına şərait yaradır. Bu səbəbdən, Tramp administariyası İrana valyuta axının qarşısını almağa çalışır. 

İranın BMT-dəki daimi nümayəndəsi  Əmir Səid İrəvani Pakistanda keçirilməsi nəzərdə tutulan danışıqlarda ABŞ-nin Hörmüz boğazına qoyulan qadağanı aradan qaldırmasını əsas şərt kimi irəli sürüb ki, bu da iqtisadi təzyiqlərin nəticəsi hesab edilə bilər. 

Lakin İran rejimi Hörmüz “kartı”nı müxtəlif formalarda istifadə edərək gah keçid üçün rüsum toplanılması, gah da blokadaya son qoyulması ilə bağlı  mövqe nümayiş etdirməklə, eləcə də Livanda atəşkəs mövzusunu  şərt kimi irəli sürməklə manipulyasiya edir və diqqəti əsas məsələlərdən yayındırmağa çalışır. 

Söhbət İranın nüvə və raket proqramlarına məhdudiyyətlərin qoyulmasından, eləcə də Yaxın Şərqdəki proksi qüvvələrə dəstəyin dayandırılmasından gedir. Əmir Səid İrəvanın açıqlaması həmçinin, Pakistanın müraciəti fonunda “topu” ABŞ Prezidentinə ötürmək cəhdidir. 

Yəni İran danışıqlara hazır olduğuna dair görüntü yaratmaqla blokadanın aradan qaldırılmasını Pakistan və Tramp administrasiyası arasında müzakirə predmetinə çevirməyə çalışır. Ancaq qeyd edilən səbəblər Pakistan danışıqlarına mane olan xarici amillərdir. 

Son günlər İran hakimiyyətinin danışıqlara münasibətdə müxtəlif bəyanatlar səsləndirməsi prosesi pozan daxili amillərin meydana çıxdığını göstərir. Yəni İran hakimiyyətinin siyasi dəhlizlərində, hətta İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) öz daxilində ciddi fikir ayırılıqlarının meydana çıxdığı bildirilir. 

SEPAH-ın hakimiyyəti ələ keçirməsindən sonra tam siyasiləşməsi bu təşkilatın daxilində müharibə və danışıq tərəfdarlarından ibarət qrupların müydana çıxması ilə nəticələnib. Məhəmməd Bağır Qalibaf  SEPAH generalı olmasına baxmayaraq, danışıqlar və kompromis tərəfdarlarından ibarət qrupun liderinə çevrilib. 

Qalibafın Paklistana getməməsi sərt xətt tərəfdarlarının ona ciddi siyasi təzyiqlər göstərdiyinə dair rəylərin meydanı çıxmasına səbəb olub. 

Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumətin və onun təmsilçisi olan xarici işlər naziri Abbas Əraqçinin danışıqlara meylli qanadı təmsil etdiyini nəzərə alsaq, hakimiyyətin qanunverici qoluna rəhbərlik edən Qalibafın onlara yaxınlaşması yeni güc mərkəzinin formalaşmasına gətirib çıxara bilər. 

Əks qütbdə isə ali liderin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim  Səfəvi, Ali Milli Təhlükəsizlik Şurasının katibi Zülqədr və SEPAH-ın komandanı Əhməd Vəhidinin yer aldığı və hakim elitada əsas söz sahibi olan müharibə tərəfdarlarından ibarət radikal qanad yer alır. 

Son günlər İranın ali liderinin müşaviri Səid Cəlilinin rəhbərliyi ilə üçüncü qruplaşma meydana çıxıb. Bu qrup isə danışıqlarda iştirak edib-etməmək qərarını yalnız ali lider Müctəba Xameneyinin audio və və ya video formada verməli olduğunu təklif edirlər. 

Əks təqdirdə, heç bir tərəfin mövqeyi ilə barışmayacağını bildirir. Onun təklifinin qəbul edilməməsi Müctəba Xameneyinin həyatda olması ilə bağlı şübhələri artırıb. 

Ona görə də ABŞ Prezidenti İran rəsmiləri vahid təkliflə çıxış edənə qədər atəşkəsi uzatdığını bildirməklə hakimiyyətdaxili parçalanmanın danışıqlara mane olan əsas problemə çevrildiyinə işarə edib. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

İran ABŞ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
64
29
cebheinfo.az

10Источники