ain.az bildirir, 525.az saytına əsaslanaraq.
“Elmi kadr potensialını gücləndirmək üçün ilk növbədə maliyyələşmə sistemi təkmilləşdirilməlidir”.
Azərbaycanın Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bunu 525.az-a deyib. Onun dediyinə görə, doktorantların təqaüdü onların minimal yaşayış xərclərini tam qarşılamalıdır ki, tədqiqatçılar kənar iş axtarmadan yalnız elmlə məşğul ola bilsinlər. Paralel olaraq, infrastruktur yenilənməli, müasir laboratoriya avadanlıqları və beynəlxalq elmi bazalara pulsuz giriş təmin edilməlidir. Hazırki məqamda bu vacibdir. Əgər doktorantura təhsili formal olaraq təhsil pilləsindən daha çox tədqiqat fəaliyyəti kimi qəbul edilərsə və maliyyələşmə təhsil formasına görə deyil, elmi nəticəyə görə aparılarsa, bu halda qiyabi doktorantların da maliyyə dəstəyi alma imkanları yarana bilər. Bu model həm daha ədalətli, həm də daha səmərəli mexanizm hesab olunur:
“Müdafiə prosesi və sənədləşmə sadələşdirilməli, şəxsi münasibətlər deyil, məhz elmi nəticələr əsas götürülməlidir. Mövcud bürokratik maneələr və saxta himayəçilik meylləri sağlam elmi mühitin formalaşmasına ciddi əngəl törədir”.
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.