RU

Bağdadda restoran və kafelər qaz çatışmazlığına görə bağlanır

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bağdadda bir çox restoran və kafelər Yaxın Şərqdəki gərgin vəziyyətdən qaynaqlanan qaz çatışmazlığı və qaz balonlarının qiymətlərinin kəskin artması səbəbindən müvəqqəti olaraq bağlanıb.

525.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, kiçik qəhvəxana sahibləri qaza daha ucuz alternativ kimi kömürə keçməyi bacarıblar, daha böyük iaşə müəssisələri isə qeyri-müəyyən müddətə bağlanmaq məcburiyyətində qalıblar.

İraqın bir neçə bölgəsində məişət qazı çatışmazlığı yaşanır və bu da ölkənin Neft Nazirliyini bu yanacağın idxal yolu ilə yerli bazara tədarükünü artırmaq üçün tədbirlər görməyə vadar edib. Ölkə hakimiyyəti tədarükün azalmasını daxili istehsalın azalması və bölgədəki gərginliyin yaratdığı logistika problemləri ilə əlaqələndirir.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
64
525.az

1Источники