RU

Azay Quliyev Qazaxıstan Senatının sədri ilə görüşüb -Özəl

Qazaxıstanda səfərdə olan deputatlarımız Regional Ekoloji Sammit çərçivəsində baş tutam tədbirdə müxtəlif görüşlər keçiriblər. Millət vəkli Azay Quliyev Qazaxıstan Senatının sədri Maulen Aşimbayev ilə görüşüb. Qolaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Bu gün Astanada işə başlayan Regional Ekoloji Sammit çərçivəsində Qazaxıstan Senatının sədri Maulen Aşimbayev ilə görüş keçirdik. Görüş zamanı ATƏT Parlament Assambleyası ilə Qazaxıstan, eləcə də Mərkəzi Asiya ölkələri arasında iqlim dəyişikliyi, ekoloji problemlər, süni intellekt, beynəlxalq nəqliyyat və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini ətraflı müzakirə etdik.
Bundan əlavə, Sammit çərçivəsində Gürcüstanın prezidenti Mikheil Kavelashvili və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə də qısa fikir mübadiləsi həyata keçirdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники