RU

Bakı metrosunda qatarların hərəkət qrafiki normallaşdırılır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 21-də baş vermiş texniki insidentlə əlaqədar “Bakı Metropoliteni” QSC-də operativ tədbirlər davam etdirilir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, görülən işlər nəticəsində saat 12:00-dan etibarən xətlər üzrə 28 cüt qatarın hərəkəti təmin olunub. Qatarlararası intervalların mərhələli şəkildə azaldılması istiqamətində tədbirlər həyata keçirilir.

Yenilənmiş hərəkət intervalları aşağıdakı kimidir:

• “Əhmədli–28 May” istiqaməti üzrə interval 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyədək azaldılıb,

• “28 May–Dərnəgül” istiqaməti üzrə interval 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyədək endirilib,

• “28 May–İçərişəhər” istiqaməti üzrə interval da 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyədək azaldılıb.

Qatarlararası intervalların daha da optimallaşdırılması və sərnişindaşımanın tam bərpası istiqamətində işlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
73
3
azertag.az

10Источники