RU

Hamlet Musayevin qızı həbs edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

İlkin ittihamda yazılıb ki, M.Musayeva əvvəldən tanıdığı Ü.Quliyevanı iş görmək vədi ilə aldadıb. Bu məqsədlə əlbir olduğu digər şəxslərlə birlikdə zərərçəkmişdən ümumilikdə 610 min manat pul alıb.

Ü.Quliyevanın polis idarəsinə şikayətindən sonra istintaq başlanılıb.

Şikayətçinin sözlərinə görə, M.Musayeva qanunsuz fəaliyyətlə məşğul olarkən yüksək vəzifədə çalışan yaxın qohumlarının adlarından istifadə edib. Bu isə zərərçəkmiş şəxsdə əlavə inam yaradıb.

Təqsirləndirilən şəxs əvvəlcə istintaqdan yayınsa da, qısa müddətdə polis əməkdaşları tərəfindən tutulub.

Избранный
26
32
aznews.az

10Источники