Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
AzNews.azxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.