RU

İsmayıllı yolu bir həftə hər iki istiqamətdə bağlı olacaq


Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində 24 aprel saat 07:00-dan 30 aprel saat 24:00-dək təmir işləri aparılacaq.
Yeniavaz.com
AAYDA-ya istinadən xəbər verir ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək.
Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq.
Избранный
134
49
yeniavaz.com

10Источники