RU

“İran Hörmüz boğazını sadəcə görüntü üçün bağlayır” Tramp

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını bağlamaqla bağlı mövqeyinə sərt reaksiya verib. 

Tramp "Truth Social" platformasında etdiyi paylaşımda İranın bu addımı real məqsədlə deyil, siyasi görüntü naminə atdığını açıqlayıb.

Tramp yazıb ki, iranlılar boğazı bağlamaq istədiklərini yalnız ona görə deyirlər ki, ABŞ artıq bu su yoluna faktiki nəzarət edib. 

“Onlar yalnız boğazı bağlamaq istədiklərini deyirlər, çünki mən onu tamamilə bağlamışam. Ona görə də sadəcə görüntünü qorumaq istəyirlər”, – deyə Tramp qeyd edib.ABŞ prezidenti bildirib ki, dörd gün əvvəl ona yaxınlaşan şəxslər İranın boğazı dərhal açmaq istədiyini deyiblər. Lakin Trampın sözlərinə görə, İranla razılaşma əldə etmək üçün sərt şərtlər tələb olunur. 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
50
azpolitika.info

10Источники