RU

İbrahim Tatlısesdən miras qərarı: "Hərşeyimi dövlətə bağışladım" - VİDEO

İbrahim Tatlısesdən miras qərarı: "Hərşeyimi dövlətə bağışladım" - VİDEOÖd kisəsi əməliyyatı keçirən İbrahim Tatlıses xəstəxanadan çıxdıqdan sonra səsləndirdiyi miras açıqlaması ilə yenidən gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, əməliyyatdan sonra bir müddət reanimasiyada saxlanılan sənətçinin vəziyyəti stabilləşdiyi üçün evə buraxılıb. Xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandıran Tatlıses səhhətinin yaxşılaşdığını bildirib.

Diqqət çəkən məqam isə onun mirası ilə bağlı söylədikləri olub. Tanınmış ifaçı bildirib ki, qazandığı sərvəti heç kimə deyil, dövlətə vəsiyyət edib: "Heç kimə bir qəpik də yoxdur. Hamısını dövlətə buraxdım. Bəzilərinə görə digərləri də zərər çəkdi. Bu pulu mən qazanmışam, atamdan qalmayıb. Kimə necə pay verəcəyimi özüm müəyyən edirəm. Onlara çox yaxşı miras qoymuşam, amma dəyərini bilmədilər. ‘İbrahim Tatlıses’ adı bir çox qapıları açır, amma bundan istifadə etməyi bacarmadılar".

Qeyd edək ki, sənətçinin övladları - Ahmet Tatlıses və Dilan Çıtak Tatlıses ilə münasibətlərində gərginlik uzun müddətdir müzakirə olunur. Tərəflər arasında yaşanan anlaşılmazlıqların hətta məhkəmə müstəvisinə daşındığı bildirilir.

Избранный
72
4
sonxeber.az

4Источники