RU

Çaylardan sel keçəcək - Xəbərdarlıq

Yazını böyüt
Yazını kiçilt

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Избранный
48
50
hafta.az

10Источники