RU

“Süni intellekt bankçılıqda yeni mərhələ yaradır” Osman Gündüz

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycanda hələlik süni intellekt sahəsində ən bərkgedən qurumlardan biri də Azərbaycan Beynəlxalq Bankıdır. Çünki burada söhbət sadəcə Aİ haqqında danışmaqdan yox, real işləyən məhsullardan, gündəlik istifadədən və böyük investisiyalardan gedir”.

Gununsesi.info bildirir ki, bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

“Son zamanlar ABB-nin rəsmi rəqəmsal həllərində, rəsmi şəxslərinin çıxışlarında və elan etdiyi tenderlərdə bunun simptomları açıq-aşkar görünür.

Bank daxilində onlarla Aİ modelinin tətbiqi, onlarla paralel layihənin icrası və milyonlarla manatlıq ölçülən maliyyə effekti göstərir ki, süni intellekt ABB-də təqdimat mövzusu yox, idarəetmə və gəlir alətinə çevrilib.

Ən diqqətçəkən istiqamət isə Aİ-nur və Aİ-khan kimi səsli Aİ agentlərdir.

Müştərilər artıq danışaraq ödəniş edir, köçürmə aparır, kartını bloklayır, hesabını idarə edir. Yəni bankçılıq klassik mobil tətbiq mərhələsindən ünsiyyət əsaslı yeni mərhələyə keçir. Diqqət yetirdikdə görmək olur ki, daim bu sistemlər təkmilləşdirilir və əvvəlki səhvlər təkrarlanmır”.

Osman Gündüz qeyd edib ki, digər mühüm məqam isə ABB-nin NVIDIA GPU serverlərinə investisiyasıdır:

“Bu addım ABB-nin hazır alətlərdən istifadə etməklə kifayətlənmədiyini, öz dayanıqlı Aİ infrastrukturunu qurduğunu göstərir.

Hələlik görünən odur ki, ölkədə Aİ haqqında danışanlar çoxdur. Amma Aİ-ni real müştəriyə, real əməliyyata və real nəticəyə çevirənlərin sayı hələlik çox azdır.

Bu baxımdan ABB-nin süni intellektin tətbiqi istiqamətindəki addımları təqdirəlayiqdir”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
icma.az

1Источники