ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, Gənclər Akademiyasının sədr müavini Şəfa Əliyeva Polşanın Bialıstok Universitetinin İngilis filologiyası fakültəsində tələbələrə mühazirələr oxuyub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, həftənin ilk günlərində o, “Azərbaycan dramaturgiyası tənqidi realizm kontekstində” və “Müasir ədəbi ənənələrdə realizmin transformasiyası” mövzularında məruzə edib. Böyük maraqla qarşılanan bu çıxışlar elmi heyət və tələbələr tərəfindən yüksək qiymətləndirilib. Növbəti günlərdə isə Şəfa Əliyevanın təqdimatında “Dramaturgiyada qəhrəman anlayışı sosial tənqid vasitəsi kimi” və “Azərbaycan mətnləri əsasında ədəbi təhlil metodları və rəqəmsal yanaşmalar” mövzularında məruzələr dinləniləcək. Belə çıxışlar Azərbaycan ədəbiyyatının beynəlxalq elmi müstəvidə tanıdılmasına və müqayisəli ədəbiyyatşünaslıq sahəsində yeni perspektivlər açılmasına töhfə verir.



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.