RU

AMB: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik

Azərbaycan Mərkəzi Bankı (AMB) təqdim edəcəyi növbəti dəstək tədbirləri ilə maliyyə icarəsi sahəsinin (lizinqin) inkişafını hədəfləyir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, hazırda AMB qüvvədə olan "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində daha geniş imkanların, alternativ maliyyə mexanizmlərinin, o cümlədən girov təminat tələbi olmayan mexanizmlərin yaradılmasını hədəfləyir: "Bu baxımdan təqdim edəcəyimiz növbəti dəstək tədbirlərinin bu sahəni inkişaf etdirəcəyinə ümid bəsləyirik".

T.Əliyev qeyd edib ki, bu qanun layihəsi ilə maliyyə icarəsi xidmətləri daxil olmaqla, alternativ maliyyə xidmətlərinin genişləndirilməsinə dair dəstək tədbirləri nəzərdə tutulur: "Məlum olduğu kimi, Azərbaycanda bu istiqamətdə müəyyən mexanizmlər mövcuddur. Eyni zamanda, məsələn, Mərkəzi Bankın banklar və bank olmayan kredit təşkilatları ilə əlaqədar müəyyən təşviq tədbirləri həyata keçirməsi nəzərdə tutulub. Söhbət sahibkarlıq subyektlərinin maliyyələşdirilməsindən gedir. Biz analoji yanaşmanı maliyyə icarəsi xidməti göstərən şəxslərə də şamil etməyi nəzərdə tuturuq" (Report).

Избранный
72
3
fed.az

8Источники