RU

​Ən yaxşı çərəz bu imiş:

Son araşdırmalara görə, ən faydalı çərəzlərdən biri noxuddan hazırlanan ləbləbi (qovrulmuş noxud) sayılır. Sadə görünsə də, bu qida tərkibindəki zəngin vitamin və minerallarla sağlamlığa ciddi töhfə verir.
Metbuat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu çərəz lif, protein, kalsium, dəmir və kalium kimi vacib qida elementləri ilə zəngindir. Bu xüsusiyyətləri sayəsində uzunmüddətli toxluq hissi yaradır və gündəlik qidalanmada sağlam alternativ hesab olunur. Qovrulmuş noxud həmçinin mədə turşusunu tarazlamağa kömək edir, reflü və mədə yanması kimi narahatlıqların azalmasını təmin edir. Eyni zamanda, həzm sisteminə müsbət təsir göstərir. Mütəxəssislər bildirirlər ki, müntəzəm və ölçülü şəkildə qəbul edildikdə ləbləbi ürək-damar sağlamlığını dəstəkləyən, xolesterini tarazlayan və ümumi orqanizm üçün faydalı “sadə, amma güclü” qida hesab olunur.

Çərəzlər arasında sağlamlıq baxımından balanslı seçimlərə üstünlük vermək gündəlik qidalanmada mühüm rol oynayır.

Избранный
65
43
metbuat.az

10Источники