RU

Bu, kifayət qədər mürəkkəbdir və asan həll olunan məsələ deyil

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Bakıda ictimai nəqliyyatda sərnişin sıxlığı problemi daha çox müzakirə olunur və marşrut xətlərinə əlavə avtobusların buraxılması bu vəziyyətə qısamüddətli cavab kimi tətbiq edilən addımlardan biridir. Bəs, bu yanaşma nə dərəcədə effektivdir və sıxlığın azaldılması üçün uzunmüddətli həll hesab oluna bilərmi, eləcə də ümumilikdə sistemin hansı dəyişikliklərə ehtiyacı var? Əlavə avtobusların xəttə çıxarılması müəyyən dərəcədə rahatlıq yaratsa da, bu, problemi tam həll etmir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda bu proses sürətli şəkildə davam edir. "Son illərlə müqayisədə ictimai nəqliyyatda, xüsusilə avtobus parkında xeyli sayda yenilənmə və genişlənmə müşahidə olunur. Həm dövlətin tabeliyində olan daşıyıcı şirkətlər, həm də özəl daşıyıcılar tərəfindən çoxlu sayda avtobuslar marşrutlara buraxılıb, yeni marşrut xətləri təşkil edilib. Eyni zamanda xəttə buraxılan avtobusların əksəriyyəti ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələridir. Demək olar ki, hər ay daşıyıcı şirkətlərin avtobus parkı yenilənir. Lakin nəzərə almaq lazımdır ki, Bakı şəhəri iri sənaye və paytaxt şəhəridir, əhali sıxlığı yüksəkdir və ölkəyə gələn turistlərin sayı da kifayət qədər çoxdur".Həmçinin oxu:

Qapının ağzına bir ovuc tökün: Həmişəlik yoxa çıxacaqlar

Nəfəsiniz çatmayacaq: 55 hərfdən ibarət olan o söz hansıdır?

Kardioloqlar özlərinin də yediyi 6 səhər qidasını açıqladılarEkspert bildirib ki, bu səbəbdən ictimai nəqliyyatın, xüsusilə avtobus sektorunun üzərinə böyük yük düşür."Bu, kifayət qədər mürəkkəb və asan həll olunan məsələ deyil. Buna baxmayaraq, müşahidə olunur ki, şəhərdə avtobuslarla təminat mərhələli şəkildə həyata keçirilir. Şəhərin iqtisadi inkişafı və əhali artımı bu yükü daha da artırır və sistemin buna uyğunlaşması çətinləşir. Bu məsələlərin həlli üçün artıq dövlət proqramları mövcuddur. Həmin proqramlar çərçivəsində ictimai nəqliyyatın inkişafı, şaxələndirilməsi və yeni marşrut xətlərinin yaradılması istiqamətində işlər görülür. Hazırda bu sahədə layihələndirmə və planlaşdırma mərhələsində olan bir sıra layihələr də gündəmdədir".Görünən odur ki, avtobusların sayının artırılması vəziyyəti müəyyən qədər yüngülləşdirsə də, əsas hədəf nəqliyyatın şaxələndirilməsi və uzunmüddətli dövlət proqramlarının tam icrasıdır.

Yəni Bakıda əhali çox olduğu üçün təkcə yeni avtobuslar bəs etmir, nəqliyyat sisteminin tamamilə yenidən qurulması və digər alternativ yolların inkişafı planlaşdırılır.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
demokrat.az

1Источники