RU

Qadınlar niyə dağınıq sklerozdan daha çox əziyyət çəkir? ARAŞDIRMA

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Qadınlarda immun sisteminin daha fəal olması və hormonal dəyişikliklər dağınıq skleroz xəstəliyinin onlarda daha çox rast gəlinməsinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Kimberly Bruce University of Colorado Anschutz Medical Campus-un Tibb Məktəbində fəaliyyət göstərən alim kimi "Medical Xpress" portalına müsahibəsində danışıb.

Dağınıq skleroz autoimmun xəstəlikdir. Bu zaman immun sistemi sinir liflərini qoruyan mielin qişasını zədələyir. Nəticədə mərkəzi sinir sistemində siqnalların ötürülməsi pozulur və görmə, hərəkət, yaddaş, düşünmə və bədənə nəzarət problemləri yarana bilər.

Alim bildirib ki, xəstəliyin qadınlarda daha çox görülməsinin səbəbini araşdırmaq üçün 30-49 yaş arası qadınların onurğa beyni mayesi nümunələri üzərində araşdırma aparılıb. Nəticələr sağlamlıq problemi kimi baş ağrısı yaşayan nəzarət qrupu ilə müqayisə edilib.

Tədqiqat zamanı müəyyən olunub ki, dağınıq skleroz zamanı beyindəki immun hüceyrələri ilə əlaqəli zülalların aktivliyi artır. Eyni zamanda neyronların fəaliyyəti və bərpa proseslərinə cavabdeh olan zülalların aktivliyi azalır.

Kimberly Bruce-un sözlərinə görə, qadınlarda immun hüceyrələri iltihablı vəziyyətə daha tez keçə bilər ki, bu da sinir toxumasının zədələnməsini gücləndirir.

Araşdırmada hormonların rolu da xüsusi vurğulanıb. Bildirilib ki, estrogen hormonu immun hüceyrələrinin fəaliyyətinə və toxumalarda enerji mübadiləsinə təsir göstərir. Laboratoriya təcrübələrində estrogen hüceyrələrin fəaliyyətini yaxşılaşdırsa da, əlavə təsirlər səbəbindən onun müalicədə istifadəsi mümkün sayılmır.

Hazırda alimlər estrogenin hansı qoruyucu mexanizmləri işə saldığını araşdırırlar. Məqsəd gələcəkdə hormonal təsir olmadan həmin mexanizmləri müalicədə tətbiq etməkdir.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
1
redaktor.az

2Источники