RU

Nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırıldı FOTO

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Biləsuvar şəhərində nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Biləsuvar şəhərində fiziki şəxsə məxsus kafedə yoxlama keçiriblər.

Yoxlama nəticəsində kafedə divar, döşəmə və tavan hissələrinin asan yuyulabilən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Bildirilib ki, nöqsanlarla əlaqədar fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
3
bakivaxti.az

5Источники