RU

Tokayevdən sərt çağırış: Xəzərdə silahların istifadəsi qadağan olunmalıdır

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xəzər regionunda hərbi silahların istifadəsinin tamamilə istisna edilməli və qadağan olunmalı olduğunu bildirib.

Publika.az bu barədə yerli mətbuata istinad edib.

Məlumata görə, Tokayev çıxışı zamanı Xəzər dənizinin ciddi ekoloji təhlükə ilə üz-üzə qaldığını vurğulayıb və onun qorunmasının biomüxtəlifliyin mühafizəsi və regional sabitlik üçün vacib olduğunu qeyd edib.

“Biz bütün beynəlxalq tərəfdaşları bu unikal təbii sərvətin qorunması səylərini dəstəkləməyə çağırırıq. Buna görə də Xəzər regionunda hər hansı hərbi silahdan istifadə istisna edilməli və qadağan olunmalıdır”, - deyə Qazaxıstan lideri bildirib.

Избранный
56
publika.az

1Источники