RU

Volqoqradda təcili eniş edən təyyarədə xərçəng xəstəsi DÜNYASINI DƏYİŞDİ

Moskva-Tbilisi reysindəki sərnişin Volqoqradda təcili enişdən sonra dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Dünən Moskvadan Tbilisiyə uçan təyyarənin Volqoqradda təcili eniş etməsinə səbəb olan sərnişini xilas etmək mümkün olmayıb.

Məlumata görə, 69 yaşlı sərnişin ağır xəstəlikdən — xərçəngin dördüncü mərhələsindən əziyyət çəkirmiş.

Həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
61
interpress.az

1Источники