RU

Regionda vəziyyət “pambıq sapı"ndan asılıdır -Generaldan PROQNOZ

ABŞ administrasiyası İrana danışıqlar masasına qayıtması üçün bir neçə gün vaxt verməyi planlaşdırır. Əks halda hərbi əməliyyatların yenidən başlaya biləcəyi istisna edilmir.

Bəs İran danışıqlar masasına oturacaqmı? Danışıqların baş tutmaması yenidən müharibəyə səbəb ola bilərmi?

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a açıqlamasında bildirdi ki, yaxınmüddətli proqnozlara nəzər saldıqda, bölgədəki vəziyyətin rəsmi razılaşmadan daha çox, "pambıq sapı"ndan asılı olan səssiz bir tarazlıq üzərində irəlilədiyi görünür:

"Mövcud dinamiklər təhlil edildikdə, ən ehtimal olunan mənzərə tərəflərin rəsmi bəyanat vermədən qarşıdurmadan qaçdığı, "arxa qapı" diplomatiyasının isə xüsusilə Vaşinqton-Tehran xəttində intensiv şəkildə davam etdiyi bir "faktiki uzanma" prosesinə işarə edir. Bu ssenaridə İsrailin addımlarını nəzarətdə saxlaması, status-kvonun qorunmasında ən kritik faktor kimi önə çıxır. Lakin bu səssizlik münaqişənin tamamilə bitdiyi mənasına gəlmir. Prosesin böyükmiqyaslı bir müharibəyə çevrilməyən, lakin Hörmüz boğazındakı təxribatlar, kiberhücumlar və proksi qüvvələr vasitəsilə həyata keçirilən aşağı intensivlikli sürtüşmələrlə davam etmə ehtimalı da kifayət qədər güclüdür. Bu vəziyyət atəşkəsin rəsmən mövcud olduğu, lakin praktikada pozulduğu kövrək bir keçid zonasını təmsil edir".

Müsahibimizin fikrincə, kritik bir hədəfin vurulması və ya İsrailin müstəqil bir addımla gərginliyi artırması prosesi sürətlə geri dönülməz bir nöqtəyə sürükləyə bilər:

"Strateji müstəvidə ABŞ seçki atmosferi və xərclər səbəbindən müharibəni yaymaqdan qaçarkən, İran nüvə və hərbi hazırlıqları üçün vaxt qazanmağı hədəfləyir. İsrail isə bu tarazlıqları poza biləcək ən aqressiv aktor kimi mövqe tutur.

Nəticə etibarilə, Hörmüz boğazında bir gəminin hədəfə alınması, yüksək rütbəli şəxsə qarşı sui-qəsd və ya İranın strateji obyektlərinə yönəlik hücum baş vermədiyi təqdirdə, bölgədə rəsmi şəkildə elan olunmamış, lakin davam edən səssiz gözləmə mərhələsinin sürməsi gözlənilir. Hazırkı mənzərə isə rəsmiləşməmiş atəşkəs fonunda davam edən kövrək tarazlıqdan ibarətdir”.

Xədicə BAXIŞLI

Избранный
92
1
redaktor.az

2Источники