RU

Kapital Bank 2025-ci ili 274,6 milyon manat xalis mənfəətlə başa vurub

Kapital Bank 2025-ci ili maliyyə göstəricilərinə görə, olduqca uğurlu nəticələrlə tamamlayıb. Bankın sədrinin birinci müavini Cavid Mirzəyev mətbuat konfransında bildirib ki, bankın xalis mənfəəti ötən il 274 milyon 560 min manat təşkil edib və bu, 2024-cü illə müqayisədə 15 faiz artım deməkdir.

Mirzəyev vurğulayıb ki, bu nəticələr aktiv və öhdəliklərin səmərəli idarə olunmasının birbaşa məhsuludur. 2025-ci il ərzində bankın toplam faiz gəlirləri 1 milyard 173 milyon 779 min manat olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 31 faiz çoxdur. Artımın əsas səbəbi həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxslərdən ibarət müştəri bazasının genişlənməsidir.

Bankın likvidlik səviyyəsi də diqqətəlayiqdir. 2025-ci ilin sonunda Kapital Bank-ın likvidlik örtmə əmsalı 137,9 faiz təşkil edib. Cavid Mirzəyev bildirib ki, bankın faiz qazandıran aktivlərinin böyük hissəsi qısa və ortamüddətli kreditlərə, dövlət qiymətli kağızlarına və etibarlı istiqrazlara yatırıldığı üçün yüksək likvidlik təmin edilir. Milli valyutada LCR 102,7 faiz, xarici valyutada isə 310 faiz təşkil edib ki, bu da Basel III standartlarının tələb etdiyi 100faizlik minimum həddini əhəmiyyətli dərəcədə üstələyir.

Beləliklə, Kapital Bank həm mənfəət, həm də likvidlik baxımından güclü performansını qoruyaraq bazar şəraitinə dayanıqlı mövqeyini bir daha təsdiqləyib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
104
azerbaijan-news.az

1Источники