RU

ABŞ-də 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklifi

ABŞ-də Pentaqon 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollar həcmində müdafiə büdcəsi təklif edib.

Anadolu Agentliyi xəbər verir ki, büdcəyə görə, hərbi qulluqçuların sayı 44 min nəfər artırılacaq. Silah sistemləri üçün isə 750 milyard dollar xərclənməsi planlaşdırılır. Əsgər maaşlarının 5-7 faiz artırılması da nəzərdə tutulur.

Donald Tramp administrasiyası əvvəlki illə müqayisədə hərbi xərcləri 42 faiz artırmağı təklif edir. “Qızıl Donanma” layihəsi çərçivəsində 41 yeni gəminin tikilməsi planlaşdırılır. 

Yeni büdcə sosial sahələrə də təsir edəcək. Səhiyyə və mənzil yardımlarında ixtisarlar nəzərdə tutulur. Bu məqsədlə 73 milyard dollar qənaət etmək planlaşdırılır. Demokrat siyasətçilər və bəzi təşkilatlar isə bu artıma etiraz edirlər. Onlar bildirirlər ki, bu büdcə milyonlarla insana mənfi təsir göstərə bilər. Ekspertlər isə qeyd edirlər ki, belə böyük xərclər ABŞ-nin büdcə kəsirini və dövlət borcunu daha da artıracaq.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
78
6
azerbaijan-news.az

8Источники