RU

Kür çayında subasma halları genişlənir - İki ailə köçürülübVİDEO

Kür çayında suyun səviyyəsi getdikcə artır.

Xezerxeber.az-ın məlumatına görə, Zərdab rayonunda artıq subasma halları qeydə alınıb. İki ailə köçürülüb.

Çayın mühafizə zolağında yerləşən əkin sahələri və bağlar su altındadır.

Rayonun Əlibəyli kəndində isə iki fərdi yaşayış evi subasmaya məruz qalıb.  Evlərdə yaşayış mümkün olmadığından sakinlər təhlükəsizlik məqsədilə təxliyə olunaraq qohumlarının evlərinə yerləşdirilib.

Sakinlərin sözlərinə görə, suyun səviyyəsi əsasən gecə saatlarında daha da artıb və vəziyyət qısa müddətdə dəyişib.

Hazırda vəziyyət nəzarətdə saxlanılır və əhali üçün ciddi təhlükə qeydə alınmayıb. Lakin yağışların davam edəcəyi təqdirdə suyun səviyyəsində yenidən artım ehtimalı istisna edilmir.

Rayon Fövqəladə hallar komissiyasından bildirilib ki, mühafizə bəndinə qədər olan subasar ərazilər su altında qalsa da, hazırkı vəziyyət təhlükəli hesab edilmir.

Sabirabad rayonunda da Kür çayının keçdiyi  bəzi kəndlərin ərazisində suyun səviyyəsinin qalxması davam edir. Rayonun Ulacalı və Bulduğ kəndlərinin  ərazisində ötən günlə müqayisədə suyun səviyyəsi kəskin artıb. Ulacalı kəndi ərazisində yerləşən panton körpünün girişi su altında qaldığından  avtomobillərin hərəkəti dayandırılıb.

Bulduğ kəndi ərazisində Kür çayı yatağından çıxaraq bəzi yulğunluq əraziləri basıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
65
xezerxeber.az

1Источники