Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Rekord.az xəbər verir ki, idmançı yarımfinalda Mariya Vinnikə (Ukrayna) 2:6 hesabı ilə uduzub.
Bununla da təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada iştirak edəcək.
Xatırladaq ki, bu gün iki yunan-Roma güləşçisi qızıl, biri bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.
Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.