RU

Aİ Rusiyaya “dəniz nəfəsliyi” açır - neftin dəniz yolu ilə nəqli yasaqlanmır

Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinə neftin dəniz yolu ilə daşınmasına tam qadağa daxil edilməyəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məsələ G7 ilə məsləhətləşmələr mərhələsinə qədər təxirə salınıb.

Bildirilir ki, təklif olunan məhdudiyyətlərdə əsas element hesab edilən Rusiya neftinin dəniz yolu ilə daşınmasına tam qadağa qoyulması ilə bağlı müddəa Aİ səfirləri tərəfindən razılaşdırılmış tədbirlər paketindən çıxarılıb.

“Röyters” agentliyinin mənbələrinə görə, Aİ nümayəndələri "prinsip etibarilə" qadağa ideyasını dəstəkləyiblər, lakin G7 ölkələri ilə əlavə məsləhətləşmələrə qədər konkret parametrləri təsdiqləməmək qərarına gəliblər. Qeyd olunur ki, belə bir qadağa tətbiq olunarsa, G7-nin "qiymət tavanı" mexanizmi faktiki olaraq mənasızlaşa bilər.

Məlumata görə, 20-ci sanksiya paketinin özü Rusiya hərbi-sənaye kompleksinə yönəlib. Hədəflərə dron istehsalı müəssisələri və "kölgə donanması" daxildir. Bundan əlavə, Rusiyanın mayeləşdirilmiş təbii qazına və buzqıran gəmilərinə xidmət göstərilməsinin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulur.

Həmçinin bildirilir ki, Aİ ilk dəfə olaraq sanksiyalara qarşı mübarizə alətini üçüncü ölkəyə - Qırğızıstana qarşı tətbiq edəcək. Bundan əlavə, o, üçüncü ölkə - İndoneziyada neft limanı ilə əməliyyatları qadağan etməyi, əqli mülkiyyəti və Aİ şirkətlərini üçüncü ölkələrdə Rusiyanın məhkəmə proseslərindən qorumaq üçün müddəalar tətbiq etməyi planlaşdırır.

Musavat.com

Избранный
58
19
musavat.com

10Источники