RU

Avtoxuliqanlıq edən sürücüyə cinayət işi açıldı Sənədləri yox imiş VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Şəhərin mərkəzində avtoxuliqanlıq edən sürücüyə cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisə anı kameraya düşüb. Belə ki, “BMW” markalı avtomobilin sürücüsü küçənin hərəkətli hissəsində təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb.

Drift şoudan sonra sürücü hadisə yerini tərk etməyə çalışıb, lakin polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı sürücünün sığortasının və avtomobilin qeydiyyat sənədlərinin qaydasında olmadığı məlum olub.

Nəticədə ona qarşı Rusiya Cinayət Məcəlləsinin 267.1-ci maddəsi olan "Nəqliyyat vasitələrinin təhlükəsiz istismarını təhdid edən hərəkətlər" ilə cinayət işi açılıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik: 

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
75
avtosfer.az

1Источники