RU

“Dyson” yeni məhsulunu təqdim edib

“Dyson” “Supersonic hair dryer” modelinin səyahət üçün nəzərdə tutulmuş daha kompakt versiyasını nümayiş etdirib. Yeni saç qurudan əvvəlki modelin texnologiyasını qoruyub saxlasa da, ölçü və çəki baxımından daha rahat istifadə üçün optimallaşdırılıb. O, əvvəlki variantından təxminən 32 faiz daha kiçik, 25 faiz isə daha yüngüldür. Sözügedən cihaz müxtəlif ölkələrdə istifadə üçün avtomatik gərginlik uyğunlaşdırması funksiyasına malikdir.

Son illərdə “Dyson” saç baxımı kateqoriyasına ciddi şəkildə fokuslanıb. Şirkət yalnız saç qurudanlarla kifayətlənməyərək “Airwrap” buruq aləti, “Corrale” düzləşdirici və “Airstrait” kimi cihazlarla bazarda mövqeyini genişləndirib.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
87
azerbaijan-news.az

1Источники