Albaniyanın paytaxtı Tiranda keçirilən Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç güləşçisi döşək üzərinə çıxacaq.
Yarışın üçüncü günündə Həsrət Cəfərov (67 kq) finalda Türkiyə təmsilçisi Murat Fıratla, Qurban Qurbanov (82 kq) isə eyni raundda UWW təmsilçisi Adlet Tyulyubaevlə qarşılaşacaq.
Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda UWW təmsilçisi Suner Konunovla üz-üzə gəlib. O, rəqibindən güclü olaraq medala sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
AÇ: Həsrət Cəfərov və Qurban Qurbanov finalda – YENİLƏNİB
Qalmaqal: TÜRK GÜLƏŞÇİYƏ ŞİLLƏ VURDU, DİSKVALİFİKASİYA EDİLDİ - VİDEO
3 hakim ölkəmizi Avropa Çempionatında təmsil edəcək
Antalyada "Çempionlar" turnirində 13 medal
Təmsilçilərimizdən 4 medal