RU

Milan hücumçu axtarışında: Vlahoviç və Levandovski bahadırsa, hədəf Sörlotdur

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İtaliyanın "Milan" klubu hücum xəttində yaranan boşluğu doldurmaq üçün transfer siyasətində dəyişiklik edib.

Fanat.Az xəbər verir ki, "rossonerilər" Duşan Vlahoviç və Robert Levandovskinin yüksək transfer qiymətləri səbəbindən diqqətini "Atletiko Madrid"in forvardı Aleksander Sörlota yönəldib.

"La Gazzetta dello Sport"un məlumatına görə, norveçli hücumçunun 40 milyon avroluq transfer dəyəri onu İtaliya klubu üçün daha əlçatan və sərfəli varianta çevirib.

Daha əvvəl Türkiyə Super Liqasında "Trabzonspor"un formasını geyinmiş Sörlotun təcrübəsi və fiziki gücü "Milan" rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
30
fanat.az

10Источники