Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Beyləqan, 22 aprel, AZƏRTAC
Beyləqan rayonunda fermer və torpaq mülkiyyətçiləri bir neçə gündür çiyid səpininə başlayıblar. Beyləqan pambıqçıları artıq qısa vaxtda 1240 hektar sahədə səpin həyata keçiriblər.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon üzrə 8373,8 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. 8216,1 hektar sahədə sum aparılıb, 367 hektar sahə arat olunub.
Hazırda sahələrdə çiyid səpini davam edir. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub.
Müxbir – Tahir Ağaməmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.