BAKI, 22 aprel. TELEQRAF
“Mən futbolçu və məşqçi kimi penaltini gördüm. Amma belə məqamlar olur”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan Kubokunun yarımfinalının cavab oyununda “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları oyunla bağlı danışarkən deyib.
Penalti epizodu ilə bağlı fikir bildirməyim fərqli alınar. Yaxından görünmürdü. Amma Rəhim müəllim açıqlama verəcək. Epizodun son dəqiqədə olması mübahisəyə səbəb ola bilir. Mən təərfindən belə məqamlarda fikir bildirəndə fərqli anlaşırılır”.