RU

5 aylıq hamilə xanım Bakıda xəstəxanada vəfat etdi Foto

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Astaradan olan hamilə qadın Bakıda müalicə aldığı xəstəxanada vəfat edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Astaranın Rinə kənd sakini Zümrüd Kamran qızı Hacıyevanın səhhətində yaranan ağırlaşma səbəbindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Z.Hacıyeva 5 il əvvəl ailə qurub. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Meyit ailəsinə təhvil verilib və doğulduğu kənddə torpağa tapşırılıb.

Qeyd edək ki, Z.Hacıyeva hamiləliyinin 5-ci ayında dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
4
axar.az

5Источники