RU

Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz titulunu qoruyub və 133 xalla yenidən Avropa çempionu olub.

Ölkə.az xəbər verir ki, Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.

Millinin heyətində medal qazanan güləşçilərimiz: Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (82 kq), Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasovdur (87 kq).

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.(report)

Избранный
37
4
olke.az

9Источники