Türkiyənin “Qalatasaray” klubu yay transfer pəncərəsində səs-küylü addım atmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşi transfer etmək niyyətindədir.
“Sporx” yazır ki, “sarı-qırmızılılar” portuqaliyalı ulduza illik 12 milyon avro maaş təklif edib.
31 yaşlı yarımmüdafiəçinin transferinin təxminən 40 milyon avro civarında baş tuta biləcəyi bildirilir.