RU

İstanbulda fiasko: “Qalatasaray” kubokdan çıxdı, azarkeşlər fitə basdı, qapıçı ağladı

Türkiyə Kubokunun 1/4 final mərhələsində Galatasaray doğma meydanda Gençlerbirliği ilə üz-üzə gəlib.

Musavat.com xəbər verir ki, qarşılaşma İstanbul təmsilçisi üçün uğursuz alınıb. Komanda oyuna nəzarət etməyə çalışsa da, hücum xəttində effektivlik göstərə bilməyib. Əvəzində qonaqlar fürsətlərdən maksimum yararlanaraq iki dəfə fərqləniblər və matç 0:2 hesabı ilə yekunlaşıb.

Görüş zamanı tribunaların reaksiyası da diqqət çəkib. Xüsusilə qapıçı Günay Güvenç bəzi epizodlardan sonra azarkeşlər tərəfindən fitə basılıb və bu, onun psixoloji durumuna təsir edib. 

ca41e803-2113-4853-a0ef-a3ffdf0ffab2.jpg

Matç başa çatdıqdan sonra Günay Güvənç emosiyalarına hakim ola bilməyərək göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşları onu sakitləşdirməyə çalışıb.

Beləliklə, “Qalatasaray” Türkiyə Kuboku ilə gözlənilmədən erkən vidalaşıb.

 

Musavat.com

Избранный
81
musavat.com

1Источники