Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 25,9milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 56min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 13,9 milyon ABŞ dolları və ya 2,2 dəfə,həcm baxımından isə 32 min ton və ya 2,3 dəfə artıb.
Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 12milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 24min ton xam neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digərölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixracedilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.