RU

Trampın xüsusi nümayəndəsi İranın İtaliya ilə əvəz olunmasını təklif edib

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli 2026-cı il dünya çempionatında İranın İtaliya ilə əvəz olunmasını təklif edib. Sport24.az xəbər verir ki, o, bu barədə "Financial Times" qəzetinə açıqlama verib:

"Trampa və FIFA prezidenti Canni İnfantinoya İtaliyanın dünya çempionatında İranın yerini tutmasını təklif etdiyimi təsdiqləyirəm. Mən italyan əsilliyəm və İtaliyanı ABŞ-ın ev sahibliyi etdiyi turnirdə görmək xoş olardı. Dördqat dünya çempionları mundialda iştirak üçün bütün lazımi keyfiyyətlərə malikdirlər".

Qeyd edək ki, İtaliya pley-off finalında Bosniya və Herseqovinaya məğlub olaraq dünya çempionatından kənarda qalıb. İran mundialda Belçika, Yeni Zelandiya və Misirlə birgə G qrupunda yer alıb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
108
sport24.az

1Источники