RU

Yol qırağında bitir, hamı tapdalayıb keçir Dünyanın ən faydalı tərəvəzi seçildi

ain.az, Demokrat.az saytına istinadən bildirir.

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən aparılan genişmiqyaslı araşdırmada ən sağlam qidaların siyahısı hazırlanıb. Alimlər 47 meyvə və tərəvəzi vitamin, mineral sıxlığına görə tədqiq ediblər.Nəticələrə əsasən, süfrələrimizin əvəzolunmaz göyərtisi olan vəzəri 100 tam bal toplayaraq dünyanın ən xeyirli qidası seçilib.Vəzəri kalori başına düşən faydalı maddələrin miqdarına görə bütün rəqiblərini geridə qoymağı bacarıb. Siyahıda Çin kələmi 92, pazu isə 89 balla sonrakı yerləri bölüşür. Maraqlı məqam ondan ibarətdir ki, ən faydalı meyvə hesab edilən limon cəmi 28 bal yığaraq vəzəridən xeyli geri qalıb.Xaççiçəklilər fəsiləsinə aid olan bu bitki tam mənada şəfa anbarıdır. Vəzəri A, K, E, C vitaminləri və fol turşusu ilə yanaşı, kalsium, maqnezium və dəmir deposudur. Tərkibindəki xüsusi maddələr bədəndəki iltihabı azaldır və xərçəng hüceyrələrinə qarşı qalxan rolu oynayır.Təbiətdə su kənarlarında və rütubətli yerlərdə öz-özünə yetişən vəzərini yeyərkən təmizliyə ciddi yanaşmaq vacibdir. Çirkli ərazilərdən toplanan bitkilər sağlamlıq üçün təhlükə yarada bilər. Elm adamları vəzərinin bütün möcüzəvi təsirlərindən yararlanmaq üçün onu mütləq çiy yeməyi tövsiyə edirlər. Çünki bişirilmə prosesi tərkibindəki bir çox vitaminləri məhv edir. Vəzəri qida dəyəri baxımından çempion olsa da, lif nisbəti aşağıdır. Bu səbəbdən həzm sisteminin qaydasında qalması üçün onu brokoli kimi digər lifli tərəvəzlərlə birlikdə istehlak etmək daha məsləhətdir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
106
38
demokrat.az

10Источники