İranın dəniz blokadası tətbiq olunduqdan bəri ABŞ hərbçiləri bu ölkənin limanlarına gedən və ya İslam Respublikasının sahillərini tərk etməyə çalışan 29 gəmini istiqamətini dəyişib.
“İki sahil” xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində xəbər verib.
"ABŞ qüvvələri İranın blokadasını tətbiq edərkən 29 gəmiyə istiqamətini dəyişməyi və ya limana qayıtmağı məcbur edib", - məlumatda deyilir.
Bundan əlavə, CENTCOM bir neçə kommersiya gəmisinin blokadanı keçə bildiyi iddia olunan məlumatları təkzib edərək bu xəbəri qeyri-dəqiq adlandırıb.