RU

Azərbaycandan Türkiyəyə ixrac olunan neftin həcmi artıb

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 25,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 56 min ton xam neft və neft məhsulları ixrac olunub.

Day.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,9 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm baxımından isə 32 min ton və ya 2,3 dəfə artıb.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 12 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 24 min ton xam neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, yanvar-mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% , fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Избранный
6
18
day.az

10Источники